Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Habil İmanquliyevin etdiyi “VAZ-2106” markalı avtomobil Hacıqabul rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.
H.İmanquliyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342-ci maddələri ilə protokollar tərtib olunub.
Sabirabad rayon Məhkəməsinin qərarı ilə H.İmanquliyev 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.