6 Yanvar 2022 13:30
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə yanvarın 4-də saat 22 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində bir nəfərin 200 manatlıq saxta əsginas verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər