Xaçmazda anasını balta ilə qətlə yetirən Ramiz Sultanovun axtarışı davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Yanvarın 13-ü Xaçmaz rayonunun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib.
Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Ramiz Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq", - deyə məlumatda qeyd edilib.