26 Yanvar 2022 09:55
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Qeyd edilib ki, rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11 min manat pulun oğurlandığını deyib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Lənkəran şəhər rayon polis şöbəsində keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər