1 Fevral 2022 17:55
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda 4 yaşlı uşağın qətli ilə bağlı bir nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 31-da 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsi 126.3-ci ( qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin törədilməsində şübhəli bilinən 1990-cı il təvəllüdlü Mehman Mansurov saxlanılıb.

Mehman Mansurov zərərçəkmişin qonşusu olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər