Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron, Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən isə alışdırıcısı ilə birgə M75 tipli əl qumbarası aşkar edilib.