26 Fevral 2022 10:12
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 205 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Monitorinq 202 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 131 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər