Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Namik Zeynalov şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 30 qramdan artıq narkotik maddə olan tiryək, yaşadığı ünvandan isə təmiz çəkisi 1 kiloqram 200 qram olan tiryək və 205 qram psixotrop maddə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.