17 Mart 2022 16:50
10 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda avtobus dayanacaqlarının şüşələrinə müxtəlif işarələr yazan iki azyaşlı olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sumqayıt şəhər Polis İdarəsinə şəhər sakinlərindən avtobus dayanacaqlarında şəhərin estetik görünüşünə xələl gətirən, anlaşılmayan müxtəlif işarələrin yazılması barədə müraciətlər daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dayanacaqların şüşələrinə işarələr yazan şəhər sakinləri yetkinlik yaşına çatmayan U.Salmanov və E.Yusifov (ad soyad şərtidir) müəyyən edilərək valideynlərinin iştirakı ilə polis idarəsinə dəvət ediliblər. Onlar valideynlərinin iştirakı ilə dindirilərkən törətdikləri əməli etiraf ediblər.

Polis İdarəsində qeyd edilən əməli törədən azyaşlılarla və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb və bir daha belə hərəkətlərə yol verməməyin vacibliyi onların diqqətinə çatdırılıb.


Müəllif: Hacı Zeynalov