Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 600 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən sahəsi 44 m² olan kimyəvi təmizləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bitişik sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.