28 Mart 2022 13:24
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə intihar cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, martın 26-da saat 22 radələrində Mingəçevir şəhər sakini Ə.Rzayev sərxoş vəziyyətdə Kür çayının üzərindəki körpüdən özünü atmağa cəhd göstərib.

Cəhdin qarşısı Mingəçevir şəhər polis şöbəsi və Baş Mühafizə İdarəsinin şəhər mühafizə şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov