Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə və Rasim Musabəyov Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri xarici əlaqələr komitələrinin görüşündə iştirak etmək üçün sabah Gürcüstanın paytaxtı Tbilisidə səfərə gedəcək.
Milli Məclisdən verilən xəbərə görə, toplantıda deputatlar Azərbaycan parlamentinin müvafiq komitəsində görülən işlər, yeni qanun layihələri, qəbul edilən sənədlər barədə danışacaq, bu sahədə əldə olunan nailiyyət və yeniliklər barədə tədbir iştirakçılarına məlumat verəcəklər.
Nemət