16 Aprel 2022 19:05
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə Binəqədi qəsəbə sakini A.Cabbarovanın 170 manat pulunun, şəxsiyyət vəsiqəsi və bank kartının çantasından oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Manafov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində marşrut avtobuslarında daha bir qadının və bir kişinin ciblərindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov