Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında yerləşən Ağdərə rayonunda Azərbaycana aid yük maşını erməni taksisi ilə toqquşub.
Teleqraf.com axar.az-a istinadla xəbər verir ki, qəza nəticəsində taksi dərəyə düşüb, “Tumo” mərkəzinin əməkdaşı olduğu bildirilən şəxs isə yaralanıb.
Qəza ilə bağlı araşdırmanı rus sülhməramlıları aparır. Qeyd olunub ki, Azərbaycan yük avtomobilini rus sülhməramlıları müşayiət edirmiş.
Qeyd edək ki, Qarabağ ərazisində rus sülhməramlılarının arxasında gizlənərək, separatizm fəaliyyətini davam etdirən Artak Beqleryan yol-nəqliyyat hadisəsini “Azərbaycan yük maşınının qarabağlı erməni taksiyə qarşı cinayəti” adlandırmaqla həyasızlığını bir daha nümayiş etdirib.