21 May 2022 10:00
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində mənzilin ümumililkdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər