25 May 2022 12:02
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Nadirov və Sitarə Məmmədova müəyyən edilərək saxlanılıblar.

Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 3500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri, 2 ədəd pəncərə və dəmir barmaqlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ələkbər Ələkbərov tutulub.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 7.000 manat, 300 ABŞ dolları, 1000 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Əbülfəz Almuradov müəyyən edilib.

Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 150 manat pul və 9.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.


Müəllif: Hacı Zeynalov