“25 may 2022-ci ildə, saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub”.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu taniyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.
Nazirlikdən həmçinin bildirilib ki, Suraxanı rayonun Əmircan qəsəbəsində təxminən 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb: “Suraxanı rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu taniyanlardan 012 452 02 02 və 070 299 06 08 zəng edərək məlumat vermələri xahiş olunur”.