28 May 2022 09:27
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunun Şirvanlı kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər