29 May 11:53
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tələbələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Teleqraf.com xəbər verir ki, məlumata görə, hadisə Osmaniyə şəhərində Tarsus-Adana-Qaziantep avtomobil yolunun Dərvişli kəndindən keçən hissəsində qeydə alınıb.

Kadirli rayonunda fəaliyyət göstərən özəl ali məktəbin tələbələrinin olduğu mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində sürücü, tələbələr və valideynlər də daxil olmaqla 17 nəfər xəsarət alıb.

Hadisə yerinə təbili yardım, polis əməkdaşları cəlb edilib. Yaralılar Osmaniyə Dövlət Xəstəxanasınə və digər səhiyyə müəssisılərinə çatıdırlıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com