31 May 2022 09:54
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il mart ayının 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Rəşad Məmmədov olduğu müəyyənləşdirilib.

Araşdırmalarla Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə “Hyundai” markalı avtomobildə Qaradağ rayonu ərazisinə aparmaları, orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürmələri və cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb, üstünə yanacaq tökərək yandırmalarına əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Ü.İbişov və E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil veriliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər