5 İyun 2022 23:20
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumat İdarəni rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

“Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik” – deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər