6 İyun 2022 11:58
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş verən hadisə barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olunb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılıb.

Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov