17 İyun 2022 15:09
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobil və obyekt yanıb, xəsarət alan var.

Bu barədə Teleqaf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 200 m² olan üçmərtəbəli obyektin (fəaliyyət göstərmir) alkopandan ibarət üzlüyü 4 m² sahədə yanıb. Yüksək temperaturdan obyektin 2 ədəd qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər