19 İyun 2022 01:36
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda avtomobil təmiri sexində yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər