1 Dekabr 2014 10:45
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafael Hüseynov bu məqsədlə Fransaya gedir

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün sabah Parisə gedəcək.

Milli Məclisdən verilən xəbərə görə, qurumun Mədəniyyət, elm və təhsil komitəsində Avropada media azadlığının qorunması, bu sahədə şəffaflığın artırılması, iqtisadi böhran və böhrandan sonrakı vəziyyətdə mədəni irs, internet idarəçiliyində strategiyalar və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Hüquq işləri və insan haqları komitəsinin yığıncağında Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi, Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyi prinsipinə əməl olunması, Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə insan hüquqlarına riayət edilməsi, Şimali Qafqazda bu sahədə vəziyyət, siyasi təqib məfhumunun müəyyən edilməsi məsələlərinə baxılacaq.

Millət vəkili toplantılarda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək, rəy və təkliflərini verəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər