24 İyun 2022 10:36
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda 20 yaşlı oğlan süni göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com