4 İyul 2022 09:00
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

Teleqraf.com xəbər verir ki, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyatı qrumların əməkdaşları cəlb olunub.


Müəllif: Mənbə/Report