Bir sıra beynəlxalq təşkilatların demək olar ki, bütün iclaslarında Azərbaycan hakimiyyətinə yönəlik bəyanatların səsləndirilməsi artıq “norma”ya çevrilib. Belə bir vəziyyətin qarşılığında təbii ki, Azərbaycan iqtidarı da beynəlxalq təşkilatlardan gələn təzyiqlərə cavab verməkdədir.
Beynəlxalq təşkilatlar bu “savaşda” Azərbaycanda öz təsirində olan və ələ aldığı vətəndaş cəmiyyəti nümayəndələrindən, siyasi partiyalardan da məharətli istifadə etməkdədirlər. Bu yaxınlarda məlum olub ki, sən demə, Azərbaycan dövləti ilə bağlı əsas məlumatları beynəlxalq təşkilatlara ötürən AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev imiş.
O da aydınlaşıb ki, bu adamıın Azərbaycanla bağlı donosçuluq etmədiyi beynəlxalq təşkilat qalmayıb. Bu haqda məlumat da məhz Əli Kəriminin müavinin yaxın çevrəsindən sızdırılıb. Hətta bununla bağlı ona AXCP mənsubu olan gənclərdən ibarət xüsusi şəbəkənin ciddi dəstək verdiyi də deyilir. Razi Nurullayevin tez-tez xarici səfərlər etməsi də, bilavasitə, bu səbəbdən irəli gəlirmiş…