1 Avqust 2022 09:44
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 16 yaşlı oğlan itkin düşüb.

Teleqraf.com xəbər verir ki, rayon sakini, 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Habil oğlu iyulun 28-də saat 20:00 radələrində yaşadığı mənzildən çıxıb və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi barədə ailə üzvləri tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edilib.

Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1984-cü il təvəllüdlü Əliyev Rüfət Fərrux oğlu iyulun 29-da itkin düşüb.

Onun ailə üzvləri Yevlax rayon polis şöbəsinə müraciət ediblər.

Hər iki şəxsin tapılması üçün tədbirlər görülür.


Müəllif: Hacı Zeynalov