1 Avqust 2022 11:22
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, hakim Məhəmməd Əkbərovun koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bu səbəbdən onun icraatında olan işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Məhəmməd Əkbərov və İlham Mahmudov hazırda ev şəraitində müalicə olunur.

Qeyd edək ki, İlham Mahmudov və Məhəmməd Əkbərov sabiq əmək və həalinin müdafiəsi naziri Səlim Müslümovun işində hakim heyətinin üzvüdür.

Bu səbəbdən Səlim Müslümovun bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb və qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İlham Mahmudov və Məhəmməd Əkbərovun icraatında olduğu, həmçinin tərkib üzv olduqları cinayət işləri üzrə bütün proseslər təxirə salınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər