15 Avqust 2022 17:00
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, o, bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

16:47

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.


Müəllif: Mənbə/Report