"Mirmahmud bəyin sağlıq durumu normallaşıb. Hazırda səhhətində ciddi problem yoxdur, soyuqlamışdı".
Bu sözləri Teleqraf.com-a KXCP üzvü Adil Mikayıllı deyib.
O qeyd edib ki, Mirmahmud bəyin insult keçirməsi xəbəri yalandır: “Bəyin səhhəti ilə bağlı çətinliklər arxada qalıb. Hazırda Sumqayıt şəhərində dövlət xəstəxanasında müalicəsini davam etdirir”.
Adil Mikayıllı KXCP sədri haqda yayılan xəbərlərə də münasibət bildirib: “Mirmahmud bəyin vəziyyətinin kritik olduğunu yazmışdılar. Bu cür xəbərləri yaymaqla sadəcə psixoloji gərginlik yaradırlar”.
***
14:43
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu bardə sözügedən partiyanın üzvləri sosial şəbəkələrdə məlumat paylaşıblar.
Qeyd olunur ki, o 1 həftə evdə müalicə alıb, amma səhhəti ağırlaşdığı üçün şəhər xəstəxanalarından birinə aparılıb. Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, partiya sədri insult keçirib.
Məlumata görə, M.Mirəlioğlunun vəziyyətinin ağır stabil olması barədə yayılan informasiyalar həqiqəti tam əks etdirmir. Bununla belə onun fiziki hərəkətlərində müəyyən məhdudiyyətlər yaranıb, həkimlərin səyi nəticəsində səhhətində müsbət dəyişikliklər baş verir. /Azpolitika.info