27 Avqust 2022 19:18
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda iyunun 14-dən davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 982 nəfərə yüksəlib, daha 1 456 sakin yaralanıb.

Teleqraf.com xəbər verir ki, yağışlar nəticəsində 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib.

Çadır şəhərciklərinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.

Bəlucistan əyalətində 6 bənddə iri çatlar nəticəsində bir çox bölgələrdə daşqınlar baş verib.

Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində baş verən daşqın internet xidmətlərində fasilələrə səbəb olub.

Güclü yağış səbəbindən Pakistan-Əfqanıstan sərhədindəki Çaman sərhəd keçid məntəqəsi müvəqqəti bağlanıb.


Müəllif: Teleqraf.com