8 May 2014 13:39
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda dövlət gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bunun bəhrələrini görürük”.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən iclasında deyib.

O, bildirib ki, 90-cı illərin əvvəllərində bütün sahələrdə olduğu kimi gənclər sahəsində də anarxiya, xaos hökm sürürdü: “Gənclər səngərdə düşmənə qarşı vuruşmaq əvəzinə hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı qrupların əlində alətə çevrilərək bir-birinə qarşı çəkmişdilər. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də dönüş baş verdi və bu dövlət siyasətinin əsas hissələrindən birinə çevrildi”.

Əli Həsənov bildirdi ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı qəbul olunduqdan sonra 2500-ə yaxın gənc dünyanın qabaqcıl ölkələrində təhsil almaq imkanı qazandı: “Bu gün həmin gənclər Azərbaycanın daxili həyatında fəal iştirak etməklə yanaşı, xaricdə bütün sahələrdə ölkəmizə layiqincə təmsil edirlər”.

Babək Cahandarov


Müəllif: