Türkiyədə turistləri daşıyan avtobus aşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərində baş verib.
İdarəetməni itirən avtobus aşaraq su kanalına düşüb.
Avtobusda 52 sərnişin və 3 ekipaj üzvü olmaqla 55 nəfər olub. Qəza nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb.