24 Sentyabr 2022 11:08
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda məktəbli itkin düşüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 21-i saat 13 radələrində rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Ələsgərli Həsən Əflatun oğlu kənd ərazisində yerləşən, təhsil aldığı Kəlbəcər rayon 58 saylı tam orta məktəbdən dərsdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com