5 Oktyabr 2022 12:01
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 4-də saat 2 radələrində Səbail rayonunun Salyan şosesində bir qadın müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının Şirvan şəhər sakini Təhminə Qurbanova olması, yol-nəqliyyat-hadisəsinin isə “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.

Oktyabrın 4-də saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən Xəlilovu vurub və həmin vaxt arxadan gələn Bakı şəhər sakini E.Rəhimovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil isə “Chevrolet” markalı avtomobilə dəyib. Nəticədə piyada hadisə yerində ölüb.

Oktyabrın 4-də saat 21 radələrində Nizami rayonu ərazisində yolu keçən Xaçmaz rayon sakini Oqtay Rüstəmov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Nizami rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oktyabrın 4-də saat 22 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində qəsəbə sakini M.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bozalqanlı kənd sakini Rəhman Məhərrəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov