5 Oktyabr 2022 12:15
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran rayon sakini olan bir nəfər qadın polisə müraciət edərək təqaüd kartından 200 manat pulun oğurlandığını bildirib.

Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün köməklik istədiyi şəxs tərəfindən mənimsənildiyi məlum olub.

Faktı törətməkdə şübhəli bilinən şəxsin Lənkəran rayon sakini Təbriz Sadıxzadə olduğu müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun daha 7 nəfər təqaüdçünün kartından da pul oğurladığı aşkarlanıb.

Belə ki, bankomatların yaxınlığında dayanan həmin şəxsin kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, “avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib.

T.Sadıxzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə və ya ərazi polis orqanına məlumat vermələri xahiş olunur.

Bir daha vətəndaşların diqətinə çatdırırıq ki, bank kartlarını və onun üzərindəki məlumatları digər şəxslərə etibar etməsinlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər