10 Oktyabr 2022 09:21
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 08:00 radələrində Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarındakı sərnişinlərdən biri huşunu itirib.

Teleqraf.com xəbər verir, hadisəyə səbəb vaqondakı sıxlıq olub.

20-25 yaşlarında olan sərnişinin vəziyyəti barədə məlumat vermək, ona ilkin tibbi yardım göstərmək üçün maşinistlə əlaqə saxlanılmasına cəhd edilsə də, sıxlıqdan bu, mümkün olmayıb. Qatarda olan polis əməkdaşının göstərişi ilə sıxlığı azaltmaq üçün sərnişinlərin bir qismi adi sinif vaqondan biznes klass vaqonuna keçirilib. Bundan bir qədər sonra isə huşunu itirmiş sərnişin özünə gəlib.

Həmin vaqonda daha bir sərnişinin də ürəyi sıxılıb, amma o, huşunu itirməyib. Vətəndaşa dərhal ilkin tibbi yardım göstərilib.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər