Beyləqan rayonu Qaralılar kəndindən 14 yaşlı məktəbli qızın qaçırılması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər nazirliyindən bildirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
Qeyd edək ki, rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.