Gədəbəy və Daşkəsən rayonuna qar yağıb.
Teleqraf.com xəbər verir ki, bu gün axşam saatlarından ucqar kəndlərə qar yağmağa başlayıb.
Daşkəsən rayonunun Qabaqtəpə, Xoşbulaq, Təzəkənd, Alaxançalı, Astaf, Zivlən və Qaraqollar kəndinə qar yağıb.
Hazırda yağıntı davam edir.
Qeyd edək ki, Qərb bölgəsində qeyri-sabit hava şərati davam edir.