23 Oktyabr 2022 13:28
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elsevər Qəmbərov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitələr - “tiryək” və “heroin” müvafiq ekspertizaya təqdim edilib.

Bundan başqa, şöbə əməkdaşları tərəfindən gələcəkdə baş verə biləcək cinayətlərin qarşının alınması məqsədilə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirlən tədbirlər nəticəsində rayon sakini Ceyhun Mərdanov saxlanılaraq polis şöbəsinə gətirilib. C.Mərdanovun üzərindən 1 ədəd qundağı və lüləsi kəsilmiş, istifadəyə yararlı 12 kalibirli tüfəng aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov