"Azərsu"nun sözçüsü Anar Cəbrayılov bildirib ki, qəzadan sonra "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb.
Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbael rayonlarının bəzi ərazilərinə içməli suyin verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.
XXX
Bakının Yasamal rayonunda su xəttlərindən birində qəza baş verib.
Teleqraf.com xəbər verir ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.
Ərazidə xidmət aparan polis əməkdaşları qəzanın qarşısını almaq üçün ilkin tədbirlər görüblər, müvafiq orqanların nümayəndələri hadisə yerinə dəvət olunublar.