26 Oktyabr 2022 09:38
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Bakının Yasamal rayonu Əsəd Əhmədov küçəsində paytaxtı su ilə təmin edən irihəcmli su xətti partlayıb.

Nəticədə yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb.

Hazırda əraziyə suyun axması dayandırılısa da, ətrafda bir sıra obyektlərə ziyan dəyib. Yaxınlıqdakı yaşayış binasının və obyektlərin zirzəmilərinə su dolub. Onlarla avtomobil suyun altında qalıb.

Teleqraf.com qəzadan sonrakı vəziyyətin görüntülərini təqdim edir:


Müəllif: Mənbə/Qafqazinfo

Oxşar xəbərlər