27 Oktyabr 2022 10:17
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Cəbrayıl rayon polis şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər.

Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Hacı Zeynalov