29 Oktyabr 2022 16:16
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tik-tok”da özünü polis əməkdaşı kimi təqdim edən şəxs müəyyən olunub, izahatı alınıb.

Bu barədə Teleqraf.com-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O qeyd edib ki, bu günlərdə “Tik-tok” sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən şəxsin bir xanımla xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları və bu istiqamətdə görülən tədbirləri müzakirə etmələrini əks etdirən video paylaşılıb: "Görülən müvafiq tədbirlərlə videonun O.Məmmədov və K.Zöhrabova tərəfindən 2021-ci ildə çəkildiyi müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Müvafiq izahedici söhbətlər aparıldıqdan sonra onlar yanlış hərəkətlərə yol verdiklərini etiraf edərək qeyd olunan görüntüləri sosial şəbəkə hesablarından silərək istifadə etdikləri xidməti geyimi təhvil veriblər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər