10 Noyabr 2022 10:22
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Xətai rayonunda yetkinlik yaşına çatmayan 2 nəfərə qarşı soyğunçuluq edən dəstə üzvləri saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər.

Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai rayon Polis İdrəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər