11 Noyabr 2022 14:37
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq yanlış müalicə nəticəsində koronavirusdan öldüyü bildirilən qadınla bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a daxil olan məlumatda qeyd olunub ki, vətəndaş Vüqar Sadıqovun anası Asya Sadıqovanın ölməsi faktı əsasında Nizami rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində müraciəti yayımlanıb.

Bununla bağlı bildiririk ki, koronavirus infeksiyasından vəfat etmiş Asya Sadıqovanın həkimlər tərəfindən yalnış müalicə olunması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmaqla ərizəçinin, eləcə də müalicəni aparmış həkimlərin izahatları alınıb.

Araşdırma zamanı təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1943-cü il təvəllüdlü Asya Sadıqovaya təyin edilmiş koronavirus diaqnozuna uyğun olaraq aparılmış müalicə prosesində həkim pozuntularına yol verilməyib.

Buna baxmayaraq, Vüqar Sadıqovun müraciətlərində göstərilən əlavə xüsusatlar nəzərə alınmaqla, həkimlərin apardığı müalicənin bütün detalları ilə əlaqədar təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda tam və hərtərəfli araşdırma davam etdirilməklə, toplanmış sübutların məcmusuna əsasən material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər