12 Noyabr 2022 23:52
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı" qəzetinin şöbə müdiri Sara Əzimova məlumat verib.

Bildirilib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib.

Şərur istiqamətində hərəkət edən "Mitsubiyşi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb.

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər