15 Noyabr 2022 09:40
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda qadın əri tərəfindən baltalanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yusublu kəndində baş verib.

Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı Səbinə Abbasova ilə mübahisə edib. Mübahisə zamanı o, arvadına balta ilə xəsarətlər yetirib.

Qadın aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov